Monday, March 9, 2009

Do you have a Diploma, Mr. Editor-in-chief ?

Mirzə Cəlil indiki dövrdə yaşasaydı yəqin ki, mollaxanadan aldığı attestatını götürüb yollanacaydı Məleykə Abbaszadənən “ofisinə”.

Sən demə, bundan sonra qəzetə rəhbərlik etmək üçün ali təhsilin olmalıdır. Milli Məclisin bugünkü iclasında “KİV” haqqında qanuna edilmiş bu “məzəli” əlavədən sonra Ədliyyə Nazirliyi qəzeti qeydiyyata alarkən tələb olunan sənədlər sırasına KİV baş redaktorunun diplomunu da əlavə edəcək. Şükürlər olsun ki, millət vəkillərimiz baş redaktorlar üçün “ali təhsil tələbini” qanuna əlavə edərkən daha irəli getməyiblər.

Amma nə olardı :)) … Təsəvvür edin ki, Nizami Cəfərovun təklifi ilə qanuna BDU-nun “jurnalistika” fakültəsinin diplomu tələbi də əlavə olunur. Və… yayda Hikmət Babaoğlu, Rauf Arifoğlu, Bahəddin Həziyev BDU-da ikinci (bəziləri 3-cü və 4-cü) təhsil almaq üçün sənədlərini hazirlayirlar.
Ən çətin vəziyyət Qənimət Zahiddə olacaq. O, gərək “distance education”-dən istifadə edərək on-line halda Nizami müəllimin fakültəsində təhsil alsın.

Salam

Hi. My name is Elnur Mammadli.